İlon Mask özünün X sosial şəbəkəsində (keçmiş “Twitter”) “Meta” şirkətinin rəhbəri Mark Zukerberqlə duelinin canlı yayımlayacağını bəyan edib.
“İki sahil” xəbər verir ki, iş adamı yazıb: “Zukun Maska qarşı döyüşü X-də canlı yayımlanacaq”.
Onun sözlərinə görə, döyüşdən əldə olunan bütün gəlirlər veteranların xeyriyyə fonduna bağışlanacaq.
Qeyd edək ki, milyarderlərin qarşılaşması Las Veqasdakı arenada baş tutacaq.
Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır