44 günlük müharibədəki qələbənin ekran həllinə çalışmalıyıq.
“İki sahil” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə 2 avqust – Milli Kino Günündə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə Xalq artisti Rasim Balayev deyib.
O qeyd edib ki, kino sahəsinə göstərilən diqqət Azərbaycan kinosunun tənəzzüldən çıxaraq tamaşaçıları sevindirəcəyinə ümidlər yaradır:
"Bizim istedadlı gənclərimiz, təcrübəli rejissorlarımız var. Biz Vətən müharibəsində qələbə çalmışıq. Çalışacağıq ki, bunun ekran həllinə də nail olaq".
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq