Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşlarından ibarət ekspedisiya qrupu tərəfindən Xəzər dənizində Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən növbəti kompleks ekoloji monitorinqlər başa çatıb.
“İki sahil” xəbər verir ki, monitorinqlər zamanı Xəzər dənizinin Muxtadır, Quba, Siyəzən, Giləzi, Cənub-Şərqi Qoltuq, Şimal-Şərqi Qoltuq, Lənkəran, Kür dili və Şahağacı kəsimlərində dənizin hidrobioloji vəziyyəti təhlil edilib.
Belə ki, su, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb.
Taksi minik avtomobili sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat elan olunub
Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarına kiberhücumlar həyata keçirilir