Bred Pitt “Formula-1” yarışları dünyasında baş verənlərdən bəhs edən “Apogey” filminin çəkilişlərini dayandırıb.
“İki sahil” xəbər verir ki, onun bu addımı ABŞ Aktyorlar Gildiyasının tətili ilə həmrəylik nümayiş etdirmək məqsədilə atdığı iddia olunur.
Bildirilir ki, filmin planlaşdırılan istehsalı növbəti iki ay üçün təxirə salınıb. Çəkilişlər Budapeştdə aparılıb.
Növbəti planlaşdırılmış çəkilişlərin noyabr ayında Las-Veqasda keçirilməsi gözlənilir. Bu vaxta qədər tətildə iştirak edən hər kəs ssenaristlər, aktyorlar və studiyalar arasında mövcud dalandan çıxış yolu tapmağa ümid edirlər.
Xatırladaq ki, Bred Pitt “Apogey” filmində rol alır və eyni zamanda filmin prodüserdir. Ekran əsərinin yaradılmasında keçmiş dünya çempionu Lyuis Hemilton iştirak edir.
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub