Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskvada vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyası məlumat yayıb.
Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş Vulkana doğru (film, 1977), Anın quruluşu (film, 1980), Bağlı qapı (film, 1981), Üzeyir ömrü (film, 1981), Gümüşü furqon (film, 1982), Asif, Vasif, Ağasif (film, 1983), Burulğan (film, 1986), Təxribat (film, 1990) kimi filmlərdə əsas rolların ifaçısı olub.
O, Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.
Allah rəhmət eləsin.
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub