27 iyul 2023 14:30
1349

Şahnaz Haşımova xəstəxanadan evə buraxıldı - FOTO

Ötən həftə xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova evə buraxılıb.

“İki sahil” xəbər verir ki, bu barədə xanəndənin bacısı Əməkdar artist Aybəniz Haşımova sosial media hesabında videopaylaşım edib. 

“Çox şükür, Şahnaz xanım artıq evə yazıldı, əziz dostlar”, - o yazıb.

Qeyd edək ki, Ş.Haşımova Gəncədə xəstəxanaya yerləşdirilimiş, daha sonra Bakıya gətirilmiş və müalicəsi burada davam etdirilmişdi.

***

"Dünən xəstəxanadan evə buraxılmışam, iki aylıq müalicə yazıblar, hazırda müalicə alıram".

Bunu Xalq artisti Şahnaz Haşımova deyib.

Xalq artisti yenidən həkim müayinəsinə gedəcəyini əlavə edib: “On gündən sonra yenidən müayinəyə gedəcəyəm. Bu günlər ərzində dövlət səviyyəsində, Mədəniyyət Nazirliyi səviyyəsində qayğı gördüm, buna görə bir daha təşəkkür edirəm”.

Şahnaz Haşımova iki aylıq müalicədən sonra koronor angioqrafiya (anju – ürək damarlarının tutulmasından sonra damarların yuyulması) müayinəsinin aparılacağını da deyib: “İndi qüvvətim zəifdir, beynimə görə risk etmədilər, müalicədən sonra ediləcək”.