26 iyul 2023 11:45
879

Şəfiqə Məmmədova ilə Rasim Balayevin rəhbərlik etdiyi qurumlar birləşib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib.

“İki sahil” xəbər verir ki,  Mədəniyyət Nazirliyindən bildirilib ki, bununla bağlı bu gün ittifaqların idarə heyətinin iştirakı ilə iclas keçirilib.

İclasın yekunu olaraq, ölkədəki kino sektoruna dəstək və birlik məqsədilə ittifaqların birləşdirilməsinə qərar verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.