Meksikanın aparıcı xəbər kanallarından olan “Milenio” televiziyasında yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı Vətən müharibəsi sonra regionda yaranmış yeni reallıqlar barədə Şuşadan reportaj efirə gedib.
Azərbaycanın Meksikadakı səfirliyindən “İki sahil”ə bildirilib ki, ölkəmizdə səfərdə olan region üzrə tanınmış ekspert və analitik Talya İşcan tərəfindən hazırlanmış reportajda Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunub.
Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının aparıldığını qeyd edən ekspert, azad edilmiş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə burada mülkü yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verib, bu ərazilərdən 30 il öncə qovulmuş məcburi köçkünlərimizin öz evlərinə qayıtmalarının təmin edilməsi üçün Azərbaycan tərəfindən aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri haqda danışıb.
Süjetdə, həmçinin Şuşa şəhərində və ümumilikdə işğaldan azad edilmiş ərazilərdə mövcud olan tarixi-mədəni abidələrin 30 illik işğal dövründə erməni vandalizminə məruz qaldığı, bəzilərinin isə tamamilə darmadağın edildiyi qeyd olunub.
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - VİDEO
Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib