Neftin qiyməti süni şəkildə çox yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “twitter” səhifəsində yazıb.
“OPEC yenə eyni işi görür. Neftin miqdarının dənizdəki dolu tankerlər daxil olmaqla hər yerdə rekord səviyyəyə satdığı bir zamanda “qara qızıl”ın qiyməti süni şəkildə çox yüksəkdir. Bu, yaxşı hal deyil və qəbuledilməzdir”, - deyə D.Tramp bildirib.
ABŞ Prezidentinin bu sözlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin - OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası ilə eyni vaxta təsadüf etməsi analitiklər tərəfindən birmənalı qarşılanmayıb.
D.Trampın bu çıxışından sonra ötən gün son 3 ilin maksimumuna çatan neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.
Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 73,30 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 67,94 dollara alıcı axtarır.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir