SOCAR-ın Gənc İstedadlar Proqramının iştirakçıları üçün “Zamanın idarə edilməsi” və “Effektiv ünsiyyət bacarıqları” mövzusunda keçirilən təlimlər başa çatıb.
“İki sahil” xəbər verir ki, SOCAR sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
Paylaşımda qeyd edilir ki, interaktiv formatda təşkil olunan təlimlərdə gənclər tapışırıqları səmərəli şəkildə prioritetləşdirmək, fikirlərini aydın ifadə etmək, komanda üzvləri ilə effektiv əməkdaşlıq etmək üsullarını mənimsəyiblər.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub