"Netflix"in "Next In Fashion" müsabiqə şousunun aparıcısı olan 28 yaşlı model Gigi Hadid iyulun 10-da dostu Lea McCarthy ilə birlikdə həbs edilib. Kayman Adaları Gömrük və Sərhəd Nəzarətinin məlumatına görə, Hadid və yoldaşı narkotik idxalı ittihamı ilə həbs edilib və1000 Kayman adaları dolları (təxminən 1220 ABŞ dolları ekvivalenti) məbləğində cərimələnib.
İyulun 12-də Kayman adalarının yekun məhkəməsində narkotik vasitəni idxal etməkdə ittiham olunan Hadid marixuananın Nyu-Yorkdan qanuni olaraq "tibbi lisenziya ilə" alındığını söyləyib. Cütlük günahlarını etiraf etdikdən sonra Kral Kayman Adaları Təcridxanasına aparılıblar. Keçən cümə günü isə Hadid öz Instagram səhifəsində dostları ilə çimərlikdə olduğunu göstərən şəkillərini paylaşaraq altına "Yaxşı bitən hər şey yaxşıdır" fikrini yazmışdı.
Qeyd edək ki, Hadid "One Direction" qrupunun keçmiş üzvü Zayn Malik ilə sevgili olub və cütlüyün bir qızı var. //dailysabah.com
Leyla Şıxəli, “İki sahil”
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub