İyulun 20-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində Böyük Britaniya və ABŞ-da istehsal olunan və dünyada ən çox gözlənilən 2 film nümayiş olunacaq.
“İki sahil” xəbər verir ki, bunlardan biri real hadisələr əsasında çəkilən “Oppenheymer” bioqrafik kinosudur.
Bu hekayə II Dünya müharibəsi illərində onun rəhbərliyi altında atom bombası yaradılmış amerikalı fizikin həyatından bəhs edir.
Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-da, sonra isə bütün dünyada “nüvə bombasının atası” adlandırmağa başladılar.
Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. Bu, onun karyerasının ən uzun və son 20 ildə R kimi qiymətləndirilən ilk filmdir (17 yaşdan aşağı izləyicilərə valideyn müşaiyəti tələb olunur).
Baş rolu Killian Merfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar.
Filmin büdcəsi 100 milyon dollardır.
“CinemaPlus” kinoteatrlar şəbəkəsində film 2 dildə nümayiş olunur: rus və ingilis.
İkinci ekran əsəri “Mattel” şitkətinin Barbi oyuncaqları seriyası əsasında “Barbi” komediya filmidir.
Filmin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Margo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uvill Ferrell, Emma Makey, Simu Lyu və başqaları çəkilib.
Barbi gözəllik standartlarına uyğun olmadığı üçün “Barbieland”dən qovulur. Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir.
Filmin büdcəsi 145 milyon dollardır.
“CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə nümayiş olunur: türk, rus və ingilis.
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub