“Socar Polymer” layihəsi çərçivəsində polipropilen və polietilen istehsalı zavodları 2018-ci ilin ikinci və üçüncü rüblərində açılacaq.
Trend-in məlumatına görə, bunu “Downstream Xəzər və Mərkəzi Asiya – ticarət, logistika, neft emalı və neft-kimya” 3-cü Beynəlxalq forumu zamanı “SOCAR Polymer”in direktor müavini Fuad Əhmədov deyib.
F.Əhmədov qeyd edib ki, polipropilen zavodunun tikintisi 97,6 faiz başa çatıb və müəssisənin açılışı bu ilin iyun ayında gözlənilir. Polietilen zavodunun açılışı isə bu ilin üçüncü rübündə nəzərdə tutulub, zavodun tikintisinin 80,1 faizi başa çatıb:
““Socar Polymer” layihəsinin dəyəri 800 milyon dollar təşkil edir. Bu layihə polietilen və polipropilen məhsullarının istehsalına yönəlib. Bu məhsulların gələcəkdə Azərbaycanın daxili bazarında istifadəsi, eləcə də Türkiyə və MDB ölkələrinə ixracı nəzərdə tutulub”.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir