13 iyul 2023 12:24
183

Lavrov: Yaponiya və Koreyada ABŞ nüvə silahının yerləşdirilməsi planları təhlükəlidir

Yaponiya və Cənubi Koreya nüvə silahı əldə etməkdən çəkinmədiklərini göstərirlər, bu təhlükəli tendensiyadır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Yaponiya və Cənubi Koreya öz ərazilərində ABŞ-ın nüvə silahını yerləşdirmək niyyətindədir. Bu təhlükəli tendensiyadır. ASEAN-dan (Cənub-Şərqi Asiya dövlərlərinin Assosiasiyası-red) olan həmkarımla müzakirə edirik", deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov onu da qeyd edib ki, Rusiya nüvə silahının yayılmaması haqqında müqavilənin bütün iştirakçılarının onun tələblərinə əməl etməsi şərti ilə Cənub-Şərqi Asiyada nüvəsiz zonanın yaradılmasına razılıq verməyə hazırdır.