11 iyul 2023 15:31
592

"Çocuklar duymasın"ın "Əminə"si işsiz qalıb

İllər əvvəl yayımlanan "Çocuklar duymasın" serialından tanınan aktrisa Melek Şahin işsiz qalıb.

“İki sahil” xəbər verir ki, ekran işində Əminə obrazını canlandıran Melek bu haqda sosial şəbəkədə yazıb.

"5 ildir rədd etdiyim layihə və teatr işlərindən başqa nə üçün serial və filmlərdə rol almamağımla bağlı sual ünvanlamaq istəyirəm. Çox qırıldım, üzüldüm, üsyan edirəm. Niyə mənə təkliflər gəlmir" deyə, aktrisa bildirib.

O bildirib ki, evi də əlindən alınıb:

"3 qat baha kirayə ödəyib, çətinliklə bir ev tapdım. Yaşamaq çox çətinləşib. Üsyan edirəm. 4 il teatr təhsili aldım. Əmək sərf etdim, işimi çox sevirəm və çörək pulumu da bu yolla qazanıram".