11 iyul 2023 13:13
474

22 ildən sonra evləndilər

Rusiyalı tennisçi Anna Kurnikova və müğənni Enrike İqlesias 22 illik münasibətdən sonra evləniblər.

“İki sahil” xəbər verir ki, bu barədə “Marca” nəşri müğənninin qardaşı Xulio İqlesiasın kiçik bacısı Tamara Falkonun toyu barədə danışarkən bildirib.

"Onun qəti şəkildə istəmədiyi şey səs-küylü, təmtəraqlı bir toy idi. Demək istəyirəm ki, Enrike və Anna 25 ilə yaxındır ki, birlikdədirlər, onların üç gözəl övladı var" deyə, Xulio bildirib.

Qeyd edək ki, cütlük 2001-ci ildən münasibətdədir. Onlar müğənninin "Escape" klipinin çəkiliş meydançasında tanış olublar. Cütlüyün beş yaşlı əkizlər Nikolas və Lüsi, üç yaşlı qızı Maşa var.