“İstəyimiz 35 il əvvəl qovulduğumuz evlərimizə sülh şəraitində qayıtmaqdır”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüşdə deyib.
O bildirib ki, Pakistan Azərbaycan üçün dost və qardaş ölkədir:
“Biz bu dostluğu hər zaman hiss etmişik. Pakistan beynəlxalq arenada hər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, həmçinin 44 günlük Vətən müharibəsində də siyasi və mənəvi dəstəyinizi göstərib. Lakin təəssüf ki, dünya ictimaiyyəti Cənubi Qafqazda son 200 ildə gedən proseslər barədə çox da məlumatlı deyil. Bizim də məqsədimiz bu prosesləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır”.