Sayca 68-ci dəfə keçiriləcək 2024-cü “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.
"İki sahil" Avropa Yayım Birliyinə istinadən xəbər verir ki, müsabiqənin yarım-final və final mərhələləri “Malmö Arena”da baş tutacaq. Sözügedən məkan 15 000 nəfər tamaşaçı tutumuna malikdir və 2013-cü ildə də “Avroviziya”ya ev sahibliyi edib.
Müsabiqənin yarım-final mərhələləri 7 və 9 mayda, final mərhələsi isə 11 may tarixində olacaq.
Qeyd edək ki, müsabiqə tarixində ilk dəfədir ki, ardıcıl 5 il ev sahibliyi paytaxt şəhərlərə həvalə edilmir.
Xatırladaq ki, bu il Liverpulda keçirilən sayca 67-ci “Avroviziya” Mahnı Müsabiqəsinin qalibi İsveç bundan öncə 1991 və 2012-ci illərdə də qalib olub.
2012 və 2023-cü illərin qalibi müğənni Loreen olub.
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub