Ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları 1,09 milyon barrel artaraq 429,1 milyon barrel olub. Analitiklər ehtiyatların 2,6 milyon barrel azalacağını nəzərdə tuturdu.
ABŞ-dakı benzin ehtiyatları keçən həftə 2,7 milyon barrel artıb. Benzin ehtiyatlarının 99,5 milyon barrelədək azalması gözlənilirdi.
Ölkədə emal edilmiş neft ehtiyatları isə ötən həftə 1,91 milyon barrel azalıb. ABŞ-ın xam neft idxalı gündəlik 284 min barrel artaraq 8,2 milyon barrelə çatıb.
Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir