06 iyul 2023 13:16
774

Ermənistanın və Fransanın milli azlıqlara qarşı etdikləri bu iki dövlət arasındakı bənzərliyi göstərir

Qərbi Azərbaycan İcması ötən əsrdə indiki Ermənistan ərazisindən 4 dəfə deportasiya olunan azərbaycanlıları öz ətrafında birləşdirir. Bugünkü tədbirdə bizi birləşdirən məqamlardan biri odur ki, Qərbi azərbaycanlılar da bir növ kolonizasiyadan əziyyət çəkiblər.

“İki sahil” xəbər verir ki,  bunu Qoşulmama Hərəkatının “Müstəmləkəçiyilin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar deyib.

İnsanların yaşadıqları ərazilərdən qeyri-qanuni deportasiya edilməsinin cinayət olduğunu vurğulayan mətbuat katibi bildirib: “1987-1991-ci ildə 300 mindən çox azərbaycanlı indiki Ermənistan ərazisindən deportasiya olunub və ötən əsrdə bu deportasiya 1905, 1918-1920, 1948-1953 və 1987-1991-ci illəri əhatə edir. Yəni bizim sadəcə ötən əsrdə 4 nəsil deportasiyaya uğramış insanlarımız var. Eyni zamanda, onlar kütləvi qırğın və soyqırımına məruz qalıblar. Təəssüf ki, bununla bağlı Ermənistana edilən müraciətlər cavabsız qalıb. Aİ, UNESCO və digər beynəlxalq qurumlara ünvanladığımız bəzi müraciətlərlə bağlı bizə cavab gəlib. Lakin biz Fransa kimi kolonizasiya siyasəti yürüdən dövlətlərdən təəssüf ki, müsbət mövqe görmürük. Eyni zamanda, Fransanın da milli azlıqlara qarşı etdikləri əziyyət iki dövlət arasındakı bənzərliyi göstərir. Bu səbəbdən Azərbaycanın beynəlxalq ictimaiyyətdə Ermənistanla bağlı şikayətləri Fransa tərəfindən dəstəklənməyib”.

O qeyd edib ki, Qərbi azərbaycanlılar Afrika xalqlarının haqlı mübarizəsini dəstəkləyir”.