05 iyul 2023 14:12
1272

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq tədbir keçirilir

Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq tədbir keçirilir.

“İki sahil” xəbər verir ki, toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxış edir.

Tədbirə Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər ölkələrin nümayəndə heyətləri də qatılıb.

Qeyd edək ki, bu gün və sabah Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçiriləcək.

Tədbirdə Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.

Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.