Bollivud ulduzu Şahruk Xan çəkiliş zamanı qəza keçirib.
“İki sahil” xəbər verir ki, hadisə Los-Ancelesdə baş verib. Burnu zədələnən aktyor əməliyyat olunub. Hadisədən sonra Şahruk Xan Hindistana qayıdıb və sağalma müddətini orada keçirir.
Qəza zamanı aktyorun burnundan qan açılıb və dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər qanaxmanı dayandırmaq üçün kiçik əməliyyata ehtiyac olduğunu açıqlayıblar.
Qeyd edək ki, uzun fasilədən sonra "Pathan" filmi ilə sevənlərinin qarşısına çıxan Şahruk bu dəfə "Jawan" ilə böyük ekranlara çıxmağa hazırlaşır. Film sentyabrda nümayişə çıxarılacaq. Bunlardan başqa, Şahrux Xan Salman Xanın çoxdan gözlənilən "Tiger 3" filmində də xüsusi rol alacaq.
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq