İyulun 3-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başlayıb.
“İki sahil” xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan festivalda Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın teatr və musiqi kollektivləri iştirak edirlər.
Bu dəqiqələrdə “Marxal” kompleksinin Yay Teatrında təşkilatçı qurumların rəsmilərinin, şəhər ictimaiyyətinin nümayəndələrinin və musiqisevərlərin iştirakı ilə festivalın təntənəli açılış mərasimi keçirilir.
Təşkilatçı qurumların rəsmilərinin təbriklərindən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin vətənpərvərlik mövzusunda “İntizar” operası nümayiş olunacaq.
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq