Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Müşviqabad qəsəbəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
FHN-dən "İki sahil"ə verilən xəbərə görə, məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 2016-cı il təvəllüdlü azyaşlının barmağında dəmir halqa qalaraq barmağın şişməsinə səbəb olub.
Xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə halqanı zərərçəkmişin barmağından təhlükəsiz şəraitdə kəsərək çıxarıblar.
YAP Nizami rayon təşkilatının könüllüləri və gəncləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
FHN Ramazan və Novruz bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb - VİDEO