Dörd gündür davam edən "Bakı Payızı” istedadlar müsabiqəsinin sonuncu günü keçirilir.
“İki sahil” xəbər verir ki, müsabiqə Bakı Musiqi Akademiyasının Opera Studiyasında davam edir.
Müsabiqənin münsiflər heyətində rejissor Sevinc Kərimova, incəsənət xadimi Samir Bağırov, Əməkdar artist Almaz Ələsgərova, əməkdar artist, rəqqas Tahir Eynullayev, bəstəkar, ifaçı Murad Arif, aparıcı Könül Arifqızı, tanınmış sirk ustası Allahverdi İsrafilov əyləşib.
Müsabiqə orjinal janr, xareoqrafiya və bəstəkar çıxışları olmaqla üç nominasiya üzrə davam edir.
Qeyd edək ki, bu turlardan sonra yay ayları ərzində qaliblər müəyyənləşdiriləcək və onların adları oktyabrın 2-də keçiriləcək “Bakı Payızı” adlı konsertdə elan olunacaq.
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq