Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd edilib.
“İki sahil” xəbər verir ki, tədbir qəhrəmanın ata yurdu olan Əliabad kəndində keçirilib. Anım münasibəti ilə qəhrəmanının evi ziyarət edilib. Anım tədbirində rayon rəsmiləri, sakinləri və digər şəxslər iştirak edib. Anma mərasimlərində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edib, M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, M.İbrahimovun göstərdiyi rəşadət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.İbrahimov ölümündən sonra dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Qeyd edək ki, o, 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək, 5 saat təkbaşına döyüşüb. Ermənilər Azərbaycan hərbçisinin göstərdiyi bu igidlik qarşısında ağır itkilər verib. Bir neçə saat davam edən döyüşə düşmən əlavə qüvvə cəlb edib. Düşmən hərbi birləşməsi ilə təkbaşına döyüşən Mübariz İbrahimov qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb
Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür