Goranboy rayonunda Qurtuluş Günü qeyd olunub.
“İki sahil” xəbər verir ki,Goranboy şəhəri Heydər Əliyev adına Parkda təşkil olunan mədəni-kütləvi tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun bütün rəhbər şəxsləri, xidmət sahələrinin və ictimai təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər, “N” saylı hərbi hissənin zabit və əsgər heyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışının “15 iyun-Milli Qurtuluş Günü” kimi qeyd olunması münasibəti ilə əsl bayram ab-havası şəraitində keçən konsert proqramı goranboylular tərəfindən böyük coşğu ilə qarşılandı.
Konsert proqramının sonunda nümayiş etdirilən atəşfəşanlıq böyük maraqla izlənildi.
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq