Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.
“İki sahil” xəbər verir ki, Akademik Milli Dram Teatrının kollektivi “Ah, bu uzun sevda yolu” tamaşasını Gəncə Dövlət Dram Teatrında nümayiş etdirib. Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum rejissor, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov, Elnar Qarayev, Elşən Rüstəmov, Mehriban Xanlarova və digər aktyorlar İlyas Əhmədov, Rada Nəsibova, Vüsal Mustafayev, Xədicə Novruzlu ifa ediblər.
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq