Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyası (ARA) Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət evində “Azərbaycan Rəqs Çempionatı” adlı müsabiqə keçirildi.
“İki sahil” xəbər verir ki, müsabiqənin yaş kateqoriyalarına və rəqs növlərinə görə mükafatlandırılmalar həyata keçirildi.
Gənclərin yüksək marağına səbəb olan müsabiqədə Azərbaycanın Quba, Xaçmaz, Oğuz kimi rayonlarından müxtəlif nominasiyalarda iştirak edən iştirakçılar qalibiyyətlə öz evlərinə qayıtdılar.
“Bu müsabiqənin qaliblərinə təbriklərimi çatdırır, 2ci, 3cü və digər yerlərə isə daha çox çalışmaları və onlara bu mükafatın daha da həvəslənmələrinə kömək olacağını ümid edirəm. Sizlərin inkişafına yönəlik çalışmalarımız davam edəcəkdir.”- deyə Azərbaycan Gənclər ittifaqının sədr səlahiyyətlərini idarə edən Əziz Əzizov bildirdi.
AMEA-da “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq