XX əsr ABŞ ədəbiyyatının tanınmış simalarından yazıçısı Kormak Makkarti 89 yaşında vəfat edib.
"İki sahil" TASS-a istinadən xəbər verir ki, bu barədə oğlu məlumat yayıb. Yazıçının təbii səbəblərdən, evində dünyasını dəyişdiyi bildirilir.
Kormak Makkarti 1933-cü ildə Providens şəhərində anadan olub. Yazıçılar karyerası boyu bir çox mükafatlara, o cümlədən, “Yol” romanına görə Plutser mükafatına layiq görülüb. Onun eyni adlı romanı əsasında ekranlaşdırılan “Qocalara burda yer yoxdur” filmi 4 “Oskar” qazanıb. Makkartinin romanları 48 ölkədə çap olunub.
AMEA-da “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq