13 iyun 2023 17:56
521

O vaxt Ərdoğan mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağda asacağıq! - Azərin

“Rəcəb Tayyib Ərdoğan Baş nazir olanda Azərbaycana gəlmişdi. “Gülüstan” sarayında “Çırpınırdı Qara dəniz” mahnısını ifa edəndən sonra mənə yaxınlaşdı və heç vaxt unutmayacağım bir cümləni dedi: “Azərin xanım, söz verirəm, biz Azərbaycan bayrağını Qarabağda asacağıq!”

“İki sahil” xəbər verir ki,  bu barədə Sabah.com.tr-yə Xalq artisti Azərin danışıb. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı xatirələrini bölüşən müğənni bu ifadənin həmişə könlündə və qulaqlarında olduğunu dilə gətirib: “Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” mahnısını  sözlərinin sonuna bir düzəliş edərək “Azərbaycan bayrağını Qarabağda asacağız” kimi əlavə etmişdim. Allah bunu dua kimi qəbul etdi. Mən illərdir bu əsəri o cür ifa etdim”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib. Ziyafətdə tanınmış müğənnilər, o cümlədən Xalq artisti Azərin də çıxış edib. Onun ifası dövlət başçıları tərəfindən ayaq üstə alqışlanıb.