Goranboy Olimpiya İdman Kompleksində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə cüdo yarışı keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, rayon ağsaqqalları və ziyalıları, qazilər və idman ictimaiyyəti iştirak edib.
Yarışı giriş sözü ilə açan A.Məmmədov müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və dövlətçiliyimizin tərəqqisi sahəsində gördüyü işlər barədə geniş məlumat verib və yarış iştirakçılarına uğurlar arzulayıb.
Yarışın sonunda qaliblərə medallar və diplomlar təqdim olunub.