13 iyun 2023 12:42
769

Əziz Ələkbərli: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası addım-addım həyata keçirilməkdədir

“Qərbi Azərbaycanda soyqırımına məruz qalan tarixi-mədəni irs bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 60 milyonluq Azərbaycan xalqının hər bir nümayəndəsinin mədəni irsidir və o irsin dirçəldilməsi hər birimizin borcudur”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli deyib.

Deputat bildirib ki, bütün bunlar Qərbi Azərbaycan İcmasının bundan sonrakı fəaliyyətində mütləq nəzərə alınacaq: “24 dekabr 2022-ci il tarixdə cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi və buradakı möhtəşəm çıxışı zamanı verdiyi tapşırıq əsasında hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyası addım-addım həyata keçirilməkdədir və bu siyasi-ideoloji xəttin alternativi yoxdur. Bu, ilk növbədə tarixi ədalətin bərpası, ata-baba yurdlarından qovulmuş qaçqın soydaşlarımızın öz doğma ocaqlarına qayıdıb yaşamaq kimi təməl hüquqlarının təmin edilməsi məsələsidir.”