"Qərbi Azərbaycanla bağlı həqiqətləri elmi-maddi məqalələri xarici jurnallarda dərc etdirməli və rəqəmsal platformalardan istifadə etməklə mədəni irsimizin beynəlxalq hüquq çərçivəsinə qorunmasına nail olmalıyıq".
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi" mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.
"Biz beynəlxalq müstəvidə fəal olmalı, Qərbi Azərbaycan irsinin araşdırılması və dünyaya tanıdılması istiqamətində işləri bir neçə istiqamətdə aparılmalıyıq. Bütün maddi irslərimizin siyahısı dəqiqləşdirilməli və onlar dəqiq tədqiq edilməlidir. Bunun üçün inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etmək mümkündür", - nazir müavini əlavə edib.