İyunun 10-da Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Çelikin konserti təşkil olunub.
“İki sahil” xəbər verir ki, iyirmidən çox albom müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib. Türk pop ifaçısı Çelik dillər əzbəri olan mahnıları ilə tamaşaçılara xoş anlar bəxş edib. Konsert proqramı gurultulu alqışlarla qarşılanıb.
Fidan Hacıyevanın 50 illiyinə həsr olunan ilk böyükmiqyaslı Opera Festivalı başlayır