Masallı və Cəlilabad rayonlarının təbii qaz təchizatında məhdudiyyət yaranacaq
Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrinin təbii qaz təchizatında məhdudiyyət yaranacaq.
“Azəriqaz” İB-dən bildirilib ki, diametri 1220 millimetrlik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 102-103-cü kilometrlərində avtomobil yolu ilə kəsişən və yeni çəkilərək təhlükəsiz əraziyə köçürülmüş hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar mayın 3-də saat 09:00-dan işlər yekunlaşdırılanadək təmir işləri aparılacaq. Təmir müddətində Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir