Britaniyanın məşhur “Vogue” jurnalının baş redaktoru Edvard Enninful vəzifəsindən qovulub.
“İki sahil” xəbər verir ki, o, 6 illik fəaliyyətindən sonra istefa verib. Buna səbəb Enninfulun Anna Vinturun (red. - "Vogue"un qlobal redaktor direktoru) yerinə keçmək istəməsi olub.
Enninful 2017-ci ildən Böyük Britaniyanın “Vogue” jurnalının baş redaktoru vəzifəsində çalışıb və jurnala rəhbərlik edən ilk qaradərili və homoseksual kişi olub.
"The Sunday Times" yazır ki, 51 yaşlı Enninful öz vəzifəsinə jurnalın ABŞ versiyasının rəhbəri, nəşrin qlobal redaktor direktoru Vinturun yerinə keçmək üçün bir addım kimi baxıb. Hətta bildirilib ki, ötən il Enninful "Conde Nast" media şirkətinin direktorlarını ona Vinturun vəzifəsi təklif olunmayacağı təqdirdə jurnalı tərk etməklə hədələyib.
Enninfulun gəlişindən əvvəl jurnalın Britaniya versiyasına 25 ildən çox Aleksandra Şulman rəhbərlik edib. Onun pulsuz aviabilet və hotellərdə gecələmək tələb etdiyi, komandasının isə ekssentrik və qalmaqallı olduğu bildirilib.
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq