Sabah səhər saatlarından Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-dən verilən məlumata görə, qaz tənzimləyicinin təmiri ilə əlaqədar, “Müşviqabad” Qaz Paylayıcı Stansiyasında “Sulutəpə-Xırdalan” ölçü qovşağı üzərində quraşdırılmış “Müşviqabad Daxili” ölçü qovşağından qidalanan “Sulutəpə-Xırdalan” orta təzyiqli qaz xəttindən qaz təchizatı 04.05.2018-ci il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək dayandırılacaq.
Təmir müddətində Abşeron rayonunun, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək, Şağan və Aşağı Şagan qəsəbələrində, həmçinin Qaçqınlar şəhərciyi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir