Puerto-Rikolu məşhur reper Paço El Antifeka qətlə yetirilib.
"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı sənətçi Puerto-Rikonun Bayamon şəhərindəki ticarət mərkəzlərinin birində güllələnib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Paço 2015-ci ilin mart ayında odlu silah və döyüş sursatı saxlamaqda təqsirli bilinmişdi.
Repçi həmkarları "Daddy Yankee" və "Bad Bunny"nin duet ortağı olub.
Fidan Hacıyevanın 50 illiyinə həsr olunan ilk böyükmiqyaslı Opera Festivalı başlayır