03 iyun 2023 15:09
277

Onlar da medal qazana bilmədilər

Azərbaycan taekvondoçusu Eltac Qafarov Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyib.

“İki sahil” xəbər verir ki,  74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Marko Qolubiçə uduzub. Qafarov daha əvvəl Vasilliy Peruniçiç (Monteneqro) və Sebastian Tuneni (Norveç) mübarizədən kənarlaşdırmışdı. Qadınların yarışında 62 kq-dakı Fatimə Məcidova isə 1/16 final mərhələsində Kristina Kaspaya (İtaliya) məğlub olub.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.