Gürcüstanda Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, bunu tədbirdə iştirak etmiş iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviter hesabında bildirib. "Ulu Öndərin mütərəqqi xarici siyasət kursu Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı, möhkəmləndirilməsi və strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsi üçün möhkəm təməllər yaradıb", - deyə o qeyd edib.