Bakıda “Heydər Əliyev - müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
“İki sahil” xəbər verir ki, konfransın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin formalaşmasında və qorunub saxlanmasında çoxşaxəli xidmətlərini öyrənməkdir.
Tədbirdə Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrin parlamentlərinin nümayəndələri iştirak edirlər.
Konfransın açılışında Milli Məclisin Sədri Sahibə Qafarovanın müraciəti oxunub.
"Bu konfransın mövzusu dünyanın hazırda üzləşdiyi çağırışlarla bağlı çox aktualdır. Azərbaycanda əsrlər boyu müxtəlif xalqların nümayəndələri yaşayıb və bu, həyatın bir çox sahələrində öz əksini tapıb. Azərbaycanda multikulturalizm siyasətinin əsası məhz Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. Ümummilli Lider hesab edirdi ki, ölkəni gücləndirmək üçün orada yaşayan bütün xalqları birləşdirmək lazımdır. Bu siyasət bu gün də uğurla davam etdirilir”, - S.Qafarovanın müraciətində deyilir.