83 yaşlı Hollivud ulduzu Al Paçinonun dördüncü övladı olacaq.
“İki sahil” xəbər verir ki, aktyorun 29 yaşlı sevgilisi, televiziya prodüseri Nur Əlfallanın 8 aylıq hamilə olduğu ortaya çıxıb.
Qeyd edək ki, Al Paçinonun 3 övladı: 33 yaşlı qızı Culi Paçino, 22 yaşlı əkizləri - Oliviya Paçino və Anton Ceyms Paçino var. Aktyor heç vaxt rəsmi nikahda olmayıb.
Al Paçino ilə Nur ötən ilin aprelindən görüşürlər. Nur özü varlı bir ailədəndir.
Fidan Hacıyevanın 50 illiyinə həsr olunan ilk böyükmiqyaslı Opera Festivalı başlayır