Mayın 30-da Azərbaycan-Fransız Universitetində (UFAZ) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Bu barədə "İki sahil"ə UFAZ-ın Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Kamil Piriyev məlumat verib. Türk Ağsaqqalları İctimai Birliyi, Yeni Azərbaycan Partiyası və UFAZ-ın təşkilatçılığı ilə keçiriləcək tədbirdə tanınmış alimlərin böyük xilaskar, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin müstəsna tarixi xidmətləri ilə bağlı məruzələri dinləniləcək.