Müğənni-bəstəkar Murad Arif albom çıxaracağını açıqlayıb.
“İki sahil” xəbər verir ki, sənətçi albomda Xalq artisti Aygün Kazımova ilə birlikdə oxuduqları "Çalxala" mahnısının da yer alacağını bildirib. O qeyd edib ki, albom sözügedən mahnının adıyla adlandırılacaq: "10 yeni mahnıdan ibarət "Çalxala" adlı albomum işıq üzü görəcək. Bu, o deməkdir ki, yeni konsertimiz özünü çox gözlətməyəcək. Albomun çıxış mahnısı da məhz meqastar Aygün Kazımova ilə oxuduğum "Çalxala"dır. Klipi iyunun ilk həftələrində gözləyin. Murad dayanmır, dayanmayacaq da".
Fidan Hacıyevanın 50 illiyinə həsr olunan ilk böyükmiqyaslı Opera Festivalı başlayır