Ümümmilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə ADA Universitetində universitetlərarası intellektual yarış keçirilib.
“İki sahil” xəbər verir ki, Bakı Politoloqlar Klubunun təşəbbüsü ilə keçirilən yarışa ümumilikdə Bakı şəhəri üzrə 12 ali təhsil müəssisəsi qatılıb.
Çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə qayğı və diqqətindən söz açıb.
Prorektor universitetlərin bu cür intellektual yarışlarda fəallığını qeyd edib.
Yekun olaraq, yarışın qalibi Dövlət İdarəçilik Akademiyasının komandası olub.
Müvafiq olaraq, ikinci yerə Dövlət Gömrük Akademiyası, üçüncü yerə isə ADA Universiteti layiq görülüb.
Digər iştirakçılara isə sertifikatlar təqdim olunub.