“Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qorxuya qalib gələn şəxs kimi qalıb”.
“İki sahil” xəbər verir ki, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Baş katibi Asəf Hacıyev bildirib.
Asəf Hacıyev deyib ki, Heydər Əliyevin ən böyük abidəsi müstəqil Azərbaycandır: “Müstəqil Azərbaycan həm də Heydər Əliyevə qoyulan ən böyük abidədir”.
Asəf Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir: “Heydər Əliyevin bir arzusu qalmışdı, o da torpaqlarımızın azad edilməsi idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Bayrağımız Xankəndidə də ucaldılacaq”.