“Venesuela Prezidenti və Venesuela Assambleyasının adından təbrikləri çatdırıram”.
“İki sahil”in xəbərinə görə, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Venesuela İnzibati və xidmətlər üzrə daimi komissiyasının sədri Pedro Karreno bildirib.
Pedro Karreno daha sonra Venesuela Assambleyasının sədri adından göndərilən məktubu oxuyub.
“Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında böyük rolu var. Venesuela Assambleyası və Azərbaycan Milli Məclisi arasında münasibətlər dostluq qruplarının sayəsində uğurla inkişaf edəcək. Azərbaycan xalqına yüksək ehtiramımı bildirərəm”, - məktubda deyilir.