“Heydər Əliyev irsinə əsaslanan Azərbaycan inkişafının yeni mərhələsini yaşayır”.
“İki sahil” xəbər verir ki, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Türkmənistan Parlamentinin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Beqmurat Muxamedov bildirib.
Beqmurat Muxamedov deyib ki, Azərbaycan və Türkmənistan yeni beynəlxalq nəqliyyat marşrutlarının yaradılması istiqamətində birgə səy göstərir: ““Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılaşmanın əhəmiyyətini də xüsusi vurğulamaq istəyirəm. Eyni zamanda münasibətlərimiz Azərbaycan-Türkiyə-Türkmənistan üçlü formatında da uğurla inkişaf edir”.