“Azərbaycan inkişaf edən, öz kimliyini bərqərar edən dövlətə çevrilib”.
“İki sahil” xəbər verir ki, bunu Pakistan Milli Assambleyasının sədr müavini Zahid Akram Durrani Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.
“İki ölkə arasında olan münasibətlərin daha da güclənməsini, dostluq münasibətlərinin artmasını istəyirik”, - deyə o bildirib.